Müğənni Emil Rəhmanoğlu vəfat etdi
Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.
Zefernews.az xəbər verir ki, E. Rəhmanov bu gün səhər saatlarında 44 yaşında vəfat edib.
Atası Əməkdar artist Rəhman Rəhmanov jurnalistlərə açıqlamasında bildirib ki, oğlunun qəfil halı pisləşib xəstəxanaya çatdırılıb buna baxmayaraq həkimlər onun həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki, E. Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb.
R. Rəhmanov daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.