Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib

Sentyabrın 19-da Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Zefernews.az xəbər verir ki,
İclası açan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təklifi ilə Ümummilli Lider Heydər Əliyevin və bu gün erməni diversantlarının törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. O, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən tədbirlərdən söz açaraq, parlament rəhbərliyinin, o cümlədən komitə üzvlərinin bu tədbirlərdə fəal iştirak etdiyini qeyd edib.



