18 sentyabr Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib
Bugun 18 Sentyabr Dahi bəstəkar Üzeyir Hacıbəylinin ( 1885-1948) anadan olmasının 138-ci ildönümüdür.
Azərbaycanın Xalq Rəssamı (1880-1943)
Əzim Əzimzadə və Üzeyir bəylə , aralarında 5- yaş fərq olmasına baxmayaraq , onların çox dərin bir dostluqları var idi. Üzeyir bəy tez – tez Əzim Əzimzadənin yaşadığı evə gələr
bəstəkarın əsərlərinə geyim eksizləri və səhnə dekorasiyaları verərdi.
Bizdə hər il oldugu kimi bugündə bizim üçün doğma olan bu əlamətdar günü Əzim Əzimzadənin mənzil muzeyinin təşkilatçılığı ilə birgə C. Cabbarlının ev muzeyi
Aytam – uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi və M.S.Ordubadi xatirə muzeyi
ilə “ 18 sentyabr Milli Musiqi gününə” həsr olunmuş tədbir keçirildi. Tədbiri muzeyin direktoru İradə Əzimzadə açıq elan edərək,Üzeyir Hacıbəyli ilə Əzimzadə dostluq əlaqələrindən və xatirlərindən danışdı.
Muzeyin elmi işçisi Əzimzadə Nərmin hazırladığı çıxışı oxuyaraq tədbiri açıq elan etdi.Daha sonra Unec- dizayn məktəbinin
yaradıcılıq dərnəyinin rəhbəri Aytən YusifKənan ilə birlikdə İradə xanım tələbələrinin çəkdiyi şəkillər nümayış olundu.
Tədbirə qatılan gənc və istedadlı Əli Vahidov ( İfa edən – Əliyev Rəşad ) öz ifaları ilə qonaqların zövqünü oxşadılar . Dost Cəmiyyətinin sədri, şair publist – Fərman Borçalı və “ Zəfər Yolu ” müharibə iştirakçılarına və Şəhid ailələrinə Humanitar dəstək İ.B. sədri , zefernews.az.com , TV –nin rəhbəri, jurnalist şairə – publist Abdullayeva Pərvanə tədbirdə iştirak etmişdir.