Weather Data Source: havadurumuuzun.com

Ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir

Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.

Prezident İlham Əliyev elmə, təhsilə diqqət və qayğı göstərir.Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir.Millətimizin gələcəyi olan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib.Onun 30 mart 1998-ci il tarixli sərancamı ilə ölkəmizdə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahat keçirilməsini müəyyənləşdirən proqramın hazırlanmsı məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Bundan əlavə, Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib.Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir.Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir.Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir.Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir.Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu və bu fondun prezidenti Mehriban xanım Əliyeva daima təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarla təhsil müəssisəsi təmir edilib, tikilib istifadəyə verilib. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. Bundan əlavə, ötən il Azərbaycanda “Təhsil haqqında” qanun qəbul edildi. Yeni təhsil qanununun qəbul edilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyi təhsilin inkişafında maraqlıdır.
Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş verdi. Bu yeniliklər də ondan ibarətdir ki, müəllimlər işlərini yenidən qururlar. Ən böyük yeniliklər ondan ibarət oldu ki, təhsilin aspirantura pilləsi ləğv olundu və doktorantura ilə əvəzləndi. Bundan əlavə, “elmlər namizədi” alimlik dərəcəsi “fəlsəfə doktoru” ilə əvəzləndi. Təhsilimizin işıqlandırılması üçün yazılan məqalələrin və dərsliklərin, tərtib olunan proqramların müasir tələblərə cavab verməsi istiqamətində çox böyük işlər görülür. Ona görə də, hesab edirəm ki, ölkə təhsili uğurlu bir yoldadır.
İlk öncə, onu qeyd etməliyəm ki, Prezident İlham Əliyevin bu qərarını təhsil işçiləri, ümumiyyətlə, respublika ictimaiyyəti yüksək qiymətləndirir. Hazırda planlaşdırma getməlidir ki, ölkədə hansı ixtisaslar üzrə kadrlara ehtiyac var. Hər dövrdə müəyyən bir istiqamət müəyyənləşdirilir. İstər Nazirlər Kabinetində, istərsə də Təhsil Nazirliyində bu istiqamətdə işlər müzakirə edilir və konkret təkliflər də mövcuddur. Hesab edirəm ki, hazırda Azərbaycanda çoxlu sayda ali təhsil müəssisələri fəaliyyət göstərir. Bəzən isə, onlar arasında əlaqə lazımi səviyyədə getmir. Ölkəmizdə dövlət ali məktəbləri ilə yanaşı, özəl təhsil ocaqları da mövcuddur. Hazırda Azərbaycan dövləti müəyyənləşdirir ki, hansı təhsil ocağında, hansı ixtisaslar üzrə kadr hazırlamağa imkan var və onun maliyyəsi ilə məşğul olur.
Onu qeyd etməliyəm ki, gənclərin təhsilin 3 pilləsi üzrə (bakalavr, magisturatura, doktorantura) xaricdə təhsil almaları vacib bir məsələdir. Hələ Sovet hakimiyyəti dönəmində ulu öndər Heydər Əliyevin qayğısı ilə 1970-80-ci illərdə yüzlərlə azərbaycanlı gənc, SSRİ-nin böyük təcrübəyə malik ali məktəblərinə təhsil almağa göndərildi. Həmin illərdə keçmiş SSRİ-nin ən mühüm ali məktəblərində Azərbaycan üçün 17 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı.Yəni gənclərin xaricdə təhsil alması məsələsi ümummilli liderin sovet dönəmində, Azərbaycana rəhbərliyi dövründə də mövcud idi. Sevindirici haldır ki, bu uğurlu iş bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda onlarla gəncimiz xaricdə- Avropanın bir çox nüfuzlu universitetlərində təhsil alırlar. Prezidentimizin gənc alimlərin xaricdə təhsil alması ilə bağlı fərmanı da Azərbaycan elminə, təhsilinə misilsiz töhfədir.
Prezident İlham Əliyev, mütamadi olaraq, istər təhsil, istərsə də elmlə bağlı qərarlar verir. İlk öncə, onu qeyd etməliyəm ki, elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb. Etiraf etmək lazımdır ki, elm sahəsində müəyyən problemlər mövcuddur.

Cənab Prezident İlham Əliyev çıxışların birində demişdir ki, Elə etmək lazımdır ki, Azərbaycan elmi daha da inkişaf etsin və aparılan elmi-tədqiqat işləri müasir dövrün tələblərinə cavab verməlidir.Son illər ərzində Azərbaycanda davamlı dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib
Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır.
Ulu Öndərimiz, Ümumilli Liderimiz Heydər Əliyev Təhsil ilə bağlı çıxışların birində demişdir ki, Təhsil Millətin Gələcəyidir.
Cənab Prezident İlham Əliyev Təhsil ilə bağlı Çıxışların Birində Demişdir ki, peşəkarlığın, biliyin, savadın, intellektin əsası məhz məktəblərdə qoyulub və ona görə məktəblərdə verilən təhsil insanın həyatında həlledici rol oynayır və hər bir insan üçün onun gələcəyi onun taleyi məktəb illərdə dərslərə verdiyi qiymətlə və dərslərə verdiyi diqqətlə bir başa bağlıdır.
Müasir Azərbaycanın təhsilinin inkişafında 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın rolu əvəzsizdir”

1-ci Vitse Prezident Mehriban xanım Əliyeva Azərbaycanın təhsilinə yüksək diqqət və qayğı nümunəsdir.

Hörmətlə YAP üzvü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Bakunews.az xəbər portalının əməkdaşı, Ulutv.İnfo xəbər portalının əməkdaşı, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı Fərid Şərifov

Top