Lənkəranda “Heydər Əliyev Azərbaycan xalqının qurucusu və banisidir” mövzusunda ilk dərs keçirilib
Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin 2d sinifində 15 sentyabr ilk dərs günündə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurucusu və banisidir” mövzusunda dərs keçirilib.
Zefernews.az xəbər verir ki,
Keçirilən dərsdə 2d sinifinin rəhbəri Aydan Rzayeva Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və fəaliyyəti ilə bağlı şagirdlərə məlumat verib.
Dərsin sonunda şagirdlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş və vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.