Beyləqanda təqaüddə olan mədəniyyət işçiləri ilə görüş keçirilib
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə uzun illər mədəniyyət sahəsində çalışmış, təqaüddə olan veteran mədəniyyət işçiləri ilə görüş keçirilib.
Zefernews.az xəbər verir ki,
Tədbirdə çıxış edənlər veteranlarla bağlı maraqlı xatirələrini bölüşüb, onlara sağlam, uzun ömür arzulayıblar.
Tədbirin Sonunda Niyazi adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, veteran musiqiçilərin ifasında şən nəğmələr və musiqilər səsləndirilib.