Lənkəranda Şəhid Xəyal Əhədzadənin il dönümü qeyd olunub

Ötən ilin sentyabrın 13-də Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Əhədzadə Xəyal Əlövsət oğlunun il dönümü keçirilib.
Zefernews.az xəbər verir ki,
Mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov , icra aparatının kollektivi , hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri iştirak edib.
Mərasim iştirakçıları öncə şəhidin qəbrini ziyarət ediblər, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhid atası ilə söhbət edib, onların qayğı və problemləri barədə yaxından maraqlanıb.

T. Qaraşov dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözügedən məsələyə həssaslıqla yanaşdıqlarını, daim diqqət mərkəzində saxladıqlarını bildirib.
Şəhid atası da öz növbəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısını hiss etdiklərini vurğulayıb və onlara təşəkkürünü ifadə edib.



