Sahibə Qafarova Bolqarıstanda Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər zamanı Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub.
Zefernews.az xəbər verir ki,
Spiker Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.
Parlamentin sədri, Mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib.
Sahibə Qafarova, mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib.



