Milli Məclisin sədri Bolqarıstan Respublikasına rəsmi səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti sentyabrın 11-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gəlib.
Zefernews.az xəbər verir ki,
Nümayəndə heyətinə Milli Məclisin deputatları – Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Aqil Məmmədov, Anatoliy Rafailov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər də daxildirlər.



