30 il əvvəl şəhid olan Əsəd Məmmədov Ağstafada dəfn olunub

1993-ci ilin 31 avqustunda Füzulidə gedən döyüşlərdə şəhid olmuş Məmmədov Əsəd Məmməd oğlu 30 il sonra Ağstafa rayonunun Eynallı kəndində torpağa tapşırılıb.
Öncə cənazə namazı qılınıb, daha sonra izdihamla kənd qəbiristanlığına yollanıb.
Zefernews.az xəbər verir ki,
Dəfn Mərasimdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanalarının rəhbərləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.



