Weather Data Source: havadurumuuzun.com

İcra başçısı Uşaq Evinin tələbə adı qazanmış sakini ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Uşaq Evində Həsən Həsənovla görüşüb.

Zefernews.az xəbər verir ki,

Görüşdə millət vəkilləri, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Uşaq Evinin direktoru, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqlara göstərdikləri diqqət və qayğıdan bəhs edib. Onların yüksək səviyyədə təhsil almaları və müstəqil ölkəmizin layiqli vətəndaşları olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib.

İcra başçısı Həsən Həsənovu ali məktəbə qəbul olması münasibətilə təbrik edərək, gələcək həyatında uğurlar, yüksək nailiyyətlər arzulayıb və hədiyyə təqdim edib.

Həsən Həsənov öz növbəsində ölkə rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Həsən Həsənov 2006-cı ildə anadan olub. 2012-ci ildən etibarən Gəncə Şəhər Uşaq Evində yaşayır. Bir bacısı və bir qardaşı var. Samir Vəliyev adına Gəncə şəhər 34 nömrəli tam orta məktəbin məzunudur. O, 413,30 bal toplayaraq dövlət sifarişi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Sosial iş” ixtisasına qəbul olub.

 

Top