“Yaradıcı Qadınlar” İctimai Birliyinin monitorinq sərgisi keçirilib
“Zəfər Yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Pərvanə Salmanqizi Abdullayeva və əməkdaşları Rəssamlar Ittifaqı Yaradıcı Qadınlar ictimai birliyinin layihəsinin olan monitorinq sərgisində iştirak etmişdirlər.
Zefernews.az xəbər verir ki
Afaq Hüseynovanın rəhbərliyi ilə baş tutan sərgidə Qurama üzrə iki aylıq kursu bitirənlərə Sertifikatlar təqdim olunub
Layihə Azərbaycanın Qurama ustası , Rəssamlar ittifaqının üzvü, Kimya elmləri namizədi Xalidə Nəsirovanın əziz xatirəsinə həsr olunmuşdu.
Qeyd edək ki, “Yaradıcı Qadınlar” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Aztəminatlı xanımlar üçün dekorativtətbiqi sənət kurslarının (milli keramika və milli qurama) təşkili” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
Layihəninin əsas məqsədi Azərbaycan aztəminatlı xanımlar iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarını həyata keçirmək. Azərbaycanda incəsənətimizi inkişaf etmək, aztəminatlı xanımların iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarda əl işləri düzəltməyini öyrətməkdir.
Milli suvenir kursları nəticəsində aztəminatlı xanımlar (faydalananlara) təzə peşə öyrənib gələcəkdə milli əl işlərləri satıb maddi qazanc əldə etməyə şərait yaradır.
Ölkədə turizm industriyasını əl işləri suveniri ilə təmin etməkdir.
Layihə çərçivəsində təşkilatın yüksək dərəcədə rəssam-müəlimləri xüsusi təlim sistemi ilə kursları aparırlar. Kursda hər iki milli dekorativ-tətbiqi sənət növlərində (milli keramika və milli qurama) yuksək dərəcəli əl işləri suvenirləri hazırlamağı öyrədilir.
Kursun sonunda Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda satış sərgisinin keçirilməsi nəzərdə tutulub. Sərgidə ən gözəl əl işlərin monitorinq satış sərgisi nümayiş olunacaq və satılan işlərdən qazanc müəlliflərə veriləcəkdir. Layihənin müddəti 2 aydır.