Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
Zefernews.az xəbər verir ki,
Səyyar qəbul-görüşdə İcra başçısı Taleh Qaraşov ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
T.Qaraşov yerli insanların sual və müraciətlərini səbr və təmkinlə dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin həlli üçün yerindəcə göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həllindən ötrü aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını səlahiyyətli şəxslərə tapşırıb.
Açıq dialoq formatında baş tutan görüşdə sakinlər dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini vurğulayıblar. Yerli sakinlər vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, qaldırdıqlarına məsələlərə operativ və həllə yönəlik addımların atılmasına və ölkəmizdə sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq səviyyədə yaxşılaşmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.