Weather Data Source: havadurumuuzun.com

İnsanlara Sevinc Payla

Lənkəranın ilk alim xanımı, Pedaqojika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya şeir həsr edib

İnsanlara sevinc payla

Adın tək özün mehriban
Sənə olan məhəbbətim,
Sevgi və ülvi hisslərim
Artır günbəgün, anbaan

Elə bil ki, nurlu gündə
Doğulmusan anadan.
Necə gözəl xəlq eyləyib
Səni böyük Yaradan!

Bu simanla heç bir zaman
Görmüyəsən qüssə-kədər
Sevir səni qoca, cavan
Ana qədər, Vətən qədər.

Körpə, fidan balaların Keşiyində durmusan sən.
Neçə-neçə anaların
Pənahı, həm ümidisən

Bu xeyirxah işinizlə
Çox müqəddəs yoldasınız.
Köməksizə, kimsəsizə
Arxasınız, dayaqsınız.

Sən bir mələk xislətlisən.
Nigar, Həcər, Məhsətisən
Öz əhdinə sadiq qalıb
Neçə qəlbi fəth etmisən.

Ulu Heydər gəlinisən
İlhamının pərisisən
Vətənimdə YUNESKO-nun
Xoşməramlı səfirisən

Allahdan arzum var barı.
Sən yarınla qoşa qarı.
Bu çətin, şərəfli yolda
Qoy sizi qorusun Tanrı!

Gördüyünüz savab işlər.
Adınıza çox yaraşır.
Hər bir insan üzündəki
Təbəssümü siz görəndə
Sevinciniz aşıb-daşır.

Millətimin xanım qızı,
Ellər deyir iftixarla:
“Vətənimin həkim qızı,
Bu gününlə, sabahınla,
Öz müqəddəs amalınla
İnsanlara sevinc payla”

 

Tükazban Cahangirova 🖋️

Lənkəranın ilk alim qadını, Pedaqojika üzrə fəlsəfə doktoru.

Top