Lənkəranlı gənc Şəhla Abbaszadə Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub
Şəhla Abbaszadə bakalavr təhsilini İngilis dili müəllimliyi ixtisası üzrə Azərbaycan Dillər Universitetinində alıb. Bakalavr təhsilinidə fərqlənmə diplomu ilə bitirib. O magistr təhsilini Böyük Britaniyanın ən nüfuzlu universitetlərindən biri olan Qlazqo Universitetində inklüziv təhsil üzrə davam edəcək.
Zefernews.az xəbər verir ki,
Şəhla Abbaszadə Qlazqo Universitetindən başqa, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universiteti, Bristol Universiteti və London Universitetinə də qəbul olunsa da, o, təhsilini davam etdirmək üçün Qlazqo Universitetini seçib.
Qeyd edək ki, Şəhla Abbaszadə 2019-cu ildə Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin məzunu olmuşdur.