ZƏFƏR news.az
Weather Data Source: havadurumuuzun.com
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Sosial
  • Bölgə
  • İdman
  • Mədəniyyət
  • Qarabağ
  • Ədəbiyyat
  • Maqazin
  • Hadisə
  • Texnologiya
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Sosial
  • Bölgə
  • İdman
  • Mədəniyyət
  • Qarabağ
  • Ədəbiyyat
  • Maqazin
  • Hadisə
  • Texnologiya

Çempionlar Liqası: “Qarabağ” öz evində “Ayaks”la qarşı-qarşıya gələcək

8 dekabr Azərbaycanda iqtisadi xəbərlər

Səlim mənim qaqamdır

23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bu il əlamətdar gün “Yerli xalqların dilləri” mövzusuna həsr olunub…

 

Zəfərnews.az xəbər verir ki,23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür (World Book and Copyright Day). UNESCO-nun 1995-ci ildə təsis etdiyi bu günün dünya ədəbiyyatı üçün xüsusi anlamı var.

23 aprel 1616-cı ildə dünya ədəbiyyatının üç tanınmış siması – ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.

Belə bir günün təsis edilməsi həm də kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi, kitabların hər kəsə əlçatan olmasının təşviqidir.

UNESCO ənənəvi olaraq hər il Dünya Kitab və Müəlliflik Hüququ Günü üçün mövzu elan edir. 2023-cü il üçün bu günün mövzusu “Yerli xalqların dilləri” seçilib.

Bununla bağlı təşkilatın yaydığı məlumatda qeyd olunur ki, 2022-ci ildə Yerli Dillərin Beynəlxalq Onilliyi (2022-2032) başlayıb və dil müxtəlifliyini və çoxdilliliyi dəstəkləmək və təşviq etmək BMT-nin prioritetlərindən biridir. Yerli xalqların dillərinin (o cümlədən şifahi ədəbiyyat ənənəsinin) dəstəklənməsi UNESCO-nun “Dünya Kitab Paytaxtı Şəbəkəsi”nin Xartiyasına da daxildir.

Qeyd edək ki, 2023-cü ildə UNESCO Qana Respublikasının (Afrika qitəsi) paytaxtı Akkra şəhərini “Dünya Kitab Paytaxtı” elan edib. Bu il UNESCO Dünya Kitab və Müəlliflik Günündə əsas diqqəti də yerli xalqların dillərinə yönəldəcək.

Məlumatda o da diqqətə çatdırılır ki, hazırda təxminən 7 minə mövcud dildən əksəriyyəti dünyanın mədəni müxtəlifliyinin böyük hissəsini təmsil edən yerli xalqlar tərəfindən danışılır. Bununla yanaşı, yerli dillərin bir çoxu sürətlə yox olmaq üzrədir.

Zəfərnews.az

Aygün Məmmədova 

 

231

Xəbər Lenti

  • Dünya İnsan Hakları Günü – İnsanlığın vicdan yaddaşı
    Dünya İnsan Hakları Günü – İnsanlığın vicdan yaddaşı
  • Çempionlar Liqası: “Qarabağ” öz evində “Ayaks”la qarşı-qarşıya gələcək
    Çempionlar Liqası: “Qarabağ” öz evində “Ayaks”la qarşı-qarşıya gələcək
  • 8 dekabr Azərbaycanda iqtisadi xəbərlər
    8 dekabr Azərbaycanda iqtisadi xəbərlər
  • Səlim mənim qaqamdır
    Səlim mənim qaqamdır
  • Azərbaycan bodibildinqçiləri dünya çempionatında fərqləniblər
    Azərbaycan bodibildinqçiləri dünya çempionatında fərqləniblər
  • “Qarabağ” – “Ayaks” matçının hakimləri bilindi
    “Qarabağ” – “Ayaks” matçının hakimləri bilindi
  • Günəş işığınla isit qəlbləri, huzuru sevgini yer üzünə sən ələ…
    Günəş işığınla isit qəlbləri, huzuru sevgini yer üzünə sən ələ…
  • Sonamın doğum günüdür
    Sonamın doğum günüdür
  • DÇ 2026: Türkiyə millisi kimlərlə oynayacaq?
    DÇ 2026: Türkiyə millisi kimlərlə oynayacaq?
  • Ey insan, aynaya bax – cismindəki cananı gör…
    Ey insan, aynaya bax – cismindəki cananı gör…
  • “YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI İŞIQ ÜZÜ GÖRÜB
    “YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI İŞIQ ÜZÜ GÖRÜB
  • NBA tarixinə düşdü
    NBA tarixinə düşdü
  • 3 Dekabr – Beynəlxalq Əlillər Günü
    3 Dekabr – Beynəlxalq Əlillər Günü
  • Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib
    Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib
  • 2 dekabr Azərbaycanda iqtisadi xəbərlər
    2 dekabr Azərbaycanda iqtisadi xəbərlər
  • Antidopinq üzrə mərasim
    Antidopinq üzrə mərasim
  • VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM
    VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM
  • Mikayıl Məxfi – Görüş
    Mikayıl Məxfi – Görüş
  • 1 dekabr Azərbaycanda iqtisadi xəbərlər
    1 dekabr Azərbaycanda iqtisadi xəbərlər
  • “YENİ SƏRGİ–AİLƏ VƏ TOY ƏNƏNƏLƏRİ…
    “YENİ SƏRGİ–AİLƏ VƏ TOY ƏNƏNƏLƏRİ…
  • Derbi: Heç-heçə
    Derbi: Heç-heçə
  • “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü
    “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü
  • Yağışın Haqq Yolu: Təbii Hadisələrdə Tarix, Fəlsəfə və İnsanın Daxili Saflaşması
    Yağışın Haqq Yolu: Təbii Hadisələrdə Tarix, Fəlsəfə və İnsanın Daxili Saflaşması
  • 27 dekabr 2025-də Kyokuşin Karate üzrə Respublika Birinciliyi və Böyüklərin Çempionatı keçiriləcək
    27 dekabr 2025-də Kyokuşin Karate üzrə Respublika Birinciliyi və Böyüklərin Çempionatı keçiriləcək

© 2023 ZƏFƏR NEWS.AZ

Ana Səhifə / Haqqımızda

Top