Musiqili Teatrda “Sevənlərindir dünya”nın məşqləri gedir
Zəfərnews.az xəbər verir ki,Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında eyniadlı tamaşanın məşqləri gedir.
Süjet xəttində real sevgi hekayəsi dayanan müasir məişət komediyasının quruluşçu rejissoru rejissor Elməddin Dadaşovdur.
Tamaşada özbək (Müyəssər) və azərbaycanlı (Şərif) iki gəncin sevgi tarixçəsindən bəhs olunur.
Ümumiyyətlə, əsərin qəhrəmanları cəmiyyətimizdəki sadə və maraqlı xarakterləri ilə heç kəsdən seçilməyən insanların prototipləridir.
Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Əliməmməd Novruzov, Elçin İmanov, Güldanə Əzimova, Gülnarə Əzizova, Rəsmiyyə Nurməmmədova, Emin Zeynallı, Ayan Qurbanova, Nəzrin İsmayılzadə, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Cəlal İsayev iştirak edəcəklər.
Zəfərnews.az
Aygün Məmmədova