Weather Data Source: havadurumuuzun.com

25 oktyabr – Qubadlı Şəhər Günü

Qubadlı şəhəri günü – bütün şəhidlərimizi rəhmətlə anırıq… Hər bir ifadənin yaddaşda konkret ekvivalent anlamı var. Bu qayda texnalogiya və insan üçün keçərlidir (hətta süni intellektdə də belədir). Qubadlı kəlməsi oxuyan və ya eşidən kimi gözümün önündə rəhmətlik Vüqar öz əzəməti, vüqarı ilə canlanır… Kənardan baxanda üfürsən yıxılar kimi ilkin olaraq yalnış təsəvvür yaradan bu cılız (artıq yüklərdən azad) bədəndə nə qədər böyük güc, enerji, əzm, qürur, vüqar var imiş, İlahi!? …
Tale elə gətirib ki, xidmət dövründə Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar (1999-2000) Ordubadda, Milli Qəhrəman Şükür Həmidovla (Qubadlıdan) (2000- 2002) Şahbuzda yollarımız kəsşib… Hər ikisi yaddaşımda nümunəvi şəxsiyyət kimi qalıb…
Rəhmətlik Ağayev Vüqarın həyat hekayəsi isə heç bir dastana sığmayacaq qədər müdhiş bir reallıqdır…

Bu qeydlər bütün şişirtmə və pafosdan uzaq sadə bir yol yoldaşının, silahdaşın ürək ağrısı (yanğısı) ilə qələmə aldığı incə, hələlik həyatda olan hamının diqqət etməli olduğu məqamdan ibarətdir. Məqsədi, məramı da elə bu diqqətdir! Xatırlatmadır!
Yaxşı ki, hələ həyatda sözümə qüvvət verəcək yol yoldaşları var: Mehdi Mahmudov , Şahin Əbdürrəhmanov , Mövsüm Mövsümov və başqaları…
Şəhidlərimizin şəhərlərimiz naminə nələri qurban verdiklərini unutmayaq!
Sadəcə Allah rəhmət eləsin… – deyib keçməyək! Adı …t dəftərində də olmayan ЖЕК ,müdirlərindən tutmuş ən yuxarı distansiyalara qədər diqqətli olaq…
Rəhmətlik Həmdəmin timsalında yazdığım “SƏNƏTİN SEÇDİYİ ADAM”

məqaləsi İlqara, Vüqara, Şükürə, kapitan Seyidova, mayor Quliyevə və digər real həyatda şəxsən tanıdığım – indi aramızda olmayan – onlarla qəhrəmana eyni dərəcədə aiddir…
Yeri gəlmişkən dəyərli Qardaşımız Xan Resuloglu ( Xan Resuloglu ) da Qubadlıdandır!!!
Həyatda olan-olmayan mərd insanlar, günümüz mübarək!!!

Ehtiramla: Zaur USTAC

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

  • Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru
Top